25 
Yan
2022
13:01
15
148
1513
Virtual karabakh

Bakıda əlillərin müalicə aldığı mərkəz koronavirusa görə bağlandı

25 Yan, 2022
13:01
1513

Bakıda əlillərin müalicə aldığı mərkəz koronavirusa görə bağlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda əlillərin müalicə aldığı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzi koronavirusa görə bağlanıb.

“Report”un əldə etdiyi məlumata görə, son günlər müəssisədə müalicə alan bir neçə şəxsdə COVID-19 virusu aşkarlanıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, virusun yayılmaması üçün müəssisəyə qəbul yanvarın 31-dək dayandırılıb:

“Hazırda mərkəzdə profilaktik tədbirlər görülür və dezinfeksiya işləri aparılır. Qeyd olunan tarixdən sonra yenidən qəbula başlanacaq”.

Qeyd edək ki, 50 çarpayılıq mərkəzdə əlilliyi olan şəxslər həm stasionar, həm ambulator qaydada tibbi-sosial reabilitasiya xidmətləri ilə təmin olunurlar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri