25 
Yan
2022
14:16
24
157
5544
Virtual karabakh

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Su olmayacaq

25 Yan, 2022
14:16
5544

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Su olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda içməli suyun verilməsi dayandırılacaq.

Oxu.Az-ın məlumatına görə, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən, Saray qəsəbəsindən 85,75 səviyyəsindən gələn, diametri 450 millimetrlik su kəmərinin 9-cu mikrorayon ərazisindən keçən hissəsində (“Gənclik” marketin qabağı) qəza baş verib.

Qəzanın qarşısının alınması məqsədi ilə 25 yanvar tarixində saat 23:00-dan 26 yanvar 18:00-a qədər 1-ci mikrorayonun bir hissəsi, 2-ci mikrorayon tam olaraq, 4-cü mikrorayonun bir hissəsi, 5-ci mikrorayonun bir hissəsi, 6-cı, 10-cu, 11-ci, 12-ci, 13-cü və 17-ci mikrorayonların 9 mərtəbələri, 34-cü məhəllə, 45-ci məhəllənin bir hissəsi, 47-ci məhəllə, Corat qəsəbəsinin bir hissəsi, həmçinin Yaşıldərə yaşayış massivində suyun verilişi dayandırılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri