26 
Yan
2022
20:45
10
190
1277
Virtual karabakh

Ucarda piyada yol qəzasında ağır xəsarət alıb - FOTO

26 Yan, 2022
20:45
1277

Ucarda piyada yol qəzasında ağır xəsarət alıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucarda piyada yol qəzasında ağır xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində baş verib.

Ucar rayon sakini Əsgərov Məhəmmədəli Tahir oğlu idarə etdiyi “Mercedes” markalı minik maşını ilə yolu keçmək istəyən piyada, rayonun Alpı kənd sakini, 1983-ci il təvəllüdlü Quliyev Tufan Oktay oğlunu vurub.

Üç uşaq atası olan T.Quliyev ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Zərərçəkənə hər iki ayağının sınığı diaqnozu qoyulub. Ucar rayonunda travmatologiya şöbəsi olmadığından o, Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri