27 
Yan
2022
13:56
305
89
2086
Virtual karabakh

Nazir müşaviri: “Zəngilan və Laçın hava limanlarının tikintisinə hazırlıq işləri aparılır”

27 Yan, 2022
13:56
2086

Nazir müşaviri: “Zəngilan və Laçın hava limanlarının tikintisinə hazırlıq işləri aparılır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hava nəqliyyatı infrastrukturunun qurulması ilə bağlı işlər qrafikə uyğun aparılır.

Trend-in məlumatına görə, bunu “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” seminarında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova deyib.

“Füzuli hava limanının açılışı 2021-ci il oktyabrın 26-da olub. Zəngilan Beynəlxalq Hava Limanının, eləcə də Laçın Hava Limanının tikinti işlərinə başlanması məqsədilə hazırlıq və mobilizasiya işləri aparılır. Həmçinin, qeyd edilən hava limanlarının vaxtında istismara verilməsinin təmin edilməsi məqsədilə ICAO və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə zəruri tədbirlər davam etdirilir”, - A.Bədəlova vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri