28 
Yan
2022
14:40
5
189
1348
Virtual karabakh

Qaxda 58 yaşlı kişi itkin düşdü

28 Yan, 2022
14:40
1348

Qaxda 58 yaşlı kişi itkin düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qax rayonunun Qaxbaş kənd sakini, 1964-cü il təvəllüdlü Abdulla Cuma oğlu Abdullayev itkin düşüb.

Bu barədə “Report”un Şimal-qərb bürosuna itkin düşən şəxsin oğlu Camal Abdullayev bildirib.

O deyib ki, A.Abdullayev yanvarın 24-də evdən çıxıb və bir daha geri qayıtmayıb:

“Atam evdən gedərkən əynində qara gödəkcə, qara şalvar və qara ayaqqabı olub. Həmin vaxt spirtli içki qəbul etmişdi. Axşam saat 19:00 radələrində yaxınlıqda yerləşən mağazaya siqaret almağa getdiyini söylədi və bir daha geri qayıtmadı”.

“Abdulla Abdullayevin əlamətləri - dolu bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, boyu isə 1,60 sm-dir. Onu görənlərdən bu nömrə ilə əlaqə saxlamaları xahiş olunur: 050 462 55 90”, - C.Abdullayev vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri