28 
Yan
2022
15:08
243
19
3704
Virtual karabakh

Bakı metrosunun üç stansiya rəisi vəzifəsindən azad edildi - YENİ TƏYİNATLAR

28 Yan, 2022
15:08
3704

Bakı metrosunun üç stansiya rəisi vəzifəsindən azad edildi - YENİ TƏYİNATLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı Metropoliteni” QSC-nin “Sahil”, “Azadlıq prospekti” və “Nəsimi” stansiyalarının rəisləri vəzifələrindən azad edilib.

“Report”un əldə etdiyi məlumatına görə, onların yerinə təyinatlar olub.

Bildirilir ki, “Sahil” stansiyasının rəisi Taleh Məmmədov başqa işə keçdiyi üçün vəzifəsindən azad olunmaqla bağlı ərizə yazıb.

Metronun “Azadlıq prospekti” və “Nəsimi” stansiyalarının rəisləri Alpaşa İsmayılov və Zahid Rəcəbov isə təqaüd yaşları çatdığı üçün əmək müqavilələrinə xitam verilib.

“Sahil” stansiyasına T.Məmmədovun yerinə Nurlan Nəbiyev, “Azadlıq prospekti” stansiyasına A. İsmayılovun yerinə Xalid Məmmədov və “Nəsimi” stansiyasına isə Z.Rəcəbovun yerinə Ramin Əliyev təyin edilib.

Yeni təyinata qədər Nurlan Nəbiyev “İnşaatçılar” stansiyasında, Xalid Məmmədov “28 May” stansiyasında, Ramin Əliyev isə “8 Noyabr” stansiyasında Mərkəzləşmə Məntəqə Növbətçisi vəzifəsində çalışıblar.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov kadr dəyişikliyini təsdiq edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri