28 
Yan
2022
20:33
26
130
1379
Virtual karabakh

Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb - FOTO

28 Yan, 2022
20:33
1379

Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb - FOTO

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, şəhər sakini Rahim Xəlilovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.

Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və bu barədə müvafiq səhiyyə qurumlarına məlumat verilib.

Rahim Xəlilov barəsində Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri