31 
Yan
2022
20:19
86
29
1648
Virtual karabakh

Mənəvi Dünya İctimai Birliyi Gənclər günü ilə bağlı bayram konserti keçirib - FOTO

31 Yan, 2022
20:19
1648

Mənəvi Dünya İctimai Birliyi Gənclər günü ilə bağlı bayram konserti keçirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 31-də Mənəvi Dünya İctimai Birliyi Gənclər günü ilə bağlı bayram konserti keçirib. 

Tədbirdə Nəsimi RİH başçısı Asif Əsgərov, Yasamal RİH başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Aqil Abbas və Kamran Bayramov, habelə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmət üzrə Dövlət Xidməti, Diaspora ilə İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarının təmsilçiləri, QHT və ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, Vətən müharibəsində iştirak etmiş əsgərlər və media nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Birliyin sədri Hacı Şahin Həsənli çıxış edib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində hər kəs Azərbaycan gəncliyinin əzəmətini görüb.

O bildirib ki, şəhidlərimizin sayəsində bu əzəmətli ruhiyyə sönməyəcək, daim alovlanacaq:

“Qəhrəman əsgərlərimiz sadəcə bir xalqın şücaətli oğulları deyil, insanlıq qəhrəmanlarıdırlar. Bu Vətən əlacsız qalıb özünü qoruyanların deyil, uğurlu gənclərin şirin həyatlarının bahasına qorundu. Bu gənclərin hər biri xalqımızın sərvətidir, dəyərlərimizin təcəssümüdür”.

Tədbirdə qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev gənclərə verdiyi dəyər və önəmin göstəricisi olaraq 1997-ci ildə Gənclər gününü təsis edib.  

Çıxışdan sonra gənc mədəniyyət xadimləri musiqlər ifa edib, yumoristik nömrələr göstəriblər. Mirələm Mirələmov, Xəzər Süleymanlı, Milli Konservatoriyanın xoru, AMAROC ritm qrupu, şair və stendapçı Elvin Paşa çıxış etdikdən sonra uğur qazanmış gənclərimiz öz uğur hekayələrini danışıblar.

Habelə, qonaqlar Elçin Ağazadə və Rövşən Ağayevin Azərbaycan gəncliyinin fədakarlığı və mənəvi yüksəkliyi haqda çəkdiyi qısametrajlı filmləri izlənilib.

Tədbir şəhid kapitan Anar Heydərovun həyat yoldaşının dilindən şəhidin uğur hekayəsi ilə başa çatıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri