Bakıda 17 yaşlı oğlan avtomobili dörd maşına çırpdı - YENİLƏNİB + ANBAAN VİDEO
Bakıda 17 yaşlı oğlan avtomobili dörd maşına çırpdı - YENİLƏNİB + ANBAAN VİDEO
Bakıda baş verən ağır zəncirvari qəzanın görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, hadisə zamanı “JEEP” markalı avtomobil əvvəlcə eyni istiqamətdə hərəkətdə olan “Toyota”ya, daha sonra yol kənarında park halında olan “Mercedes”, “Hyundai” və BMW markalı maşınlara çırpılıb.
Qəza Binəqədi rayonu Abay Kunanbayev küçəsində qeydə alınıb.
Yayılan məlumatlara görə, hadisə zamanı “JEEP” markalı avtomobilin sükanı arxasında 17 yaşlı oğlan olub.
Həmin görüntüləri təqdim edirik:
09:48
Bakıda zəncirvari qəza baş verib.
Oxu.Az xəbər verir ki, qəzanı əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, “Jeep” markalı 99-TT-597 dövlət nömrə nişanlı avtomobilin, “BMW”, “Hyundai”, “Toyota” və “Mercedes”in toqquşması ilə zəncirvari qəza qeydə alınıb.
İlkin məlumatlara görə, qəza nəticəsində ölən olmasa da, avtomobillərə ciddi maddi ziyan dəyib.
Həmin görüntüləri təqdim edirik:
Könül Cəfərli