Fev
2022
10:44
352
307
3909
Virtual karabakh

Vilyam Hacıyev həbsdə namaza başladı

7 Fev, 2022
10:44
3909

Vilyam Hacıyev həbsdə namaza başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişli rayonunun həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyev həbsdə ibadətə başlayıb.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, hazırda Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsində olan keçmiş icra başçısı namaz qılır. 

O, müəssisədə olanlara hər zaman islam dininə bağlı olduğunu, sadəcə işləri çox olduğundan ibadət üçün vaxt ayıra bilmədiyini deyib. Hətta dinə bağlı olduğunu sübut etmək üçün vaxtilə Göygöl rayonunda məscid tikdirdiyini də bildirib.

Qeyd edək ki, V.Hacıyev ötən ilin sentyabrından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Buna səbəb kimi, onun ağciyərlərində pnevmoniya aşkarlandığı göstərilir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri