15 
Fev
2022
13:04
379
57
4289
Virtual karabakh

Azərbaycanda süni mayalanma dövlət vəsaiti hesabına olacaq

15 Fev, 2022
13:04
4289

Azərbaycanda süni mayalanma dövlət vəsaiti hesabına olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ailələrə süni mayalanma ilə bağlı dövlət hesabına bir dəfə şans veriləcək”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu parlamentin plenar iclasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

“Sonsuzluq probleminin icbari tibbi sığorta hesabına həll edilməsinə baxılması gözlənilir”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, növbəti ildən onkoloji və oftalmoloji xəstəliklər də icbari tibbi sığorta çərçivəsində qarşılanacaq.

Əhliman Əmiraslanov qeyd edib ki, bu istiqamətdə müzakirələr aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri