Mar
2022
12:12
26
178
2199
Virtual karabakh

Həbsdə olan sabiq icra başçısı növbəti dəfə əməliyyat olundu

1 Mar, 2022
12:12
2199

Həbsdə olan sabiq icra başçısı növbəti dəfə əməliyyat olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədov üçüncü dəfə əməliyyat olunub.

Trend-in məlumatına görə, sabiq başçı yenidən ürək əməliyyatı keçirib. Əməliyyat Bakı Sağlamlıq Mərkəzində olub. Məlumata görə, Q.Səmədovun səhhəti hazırda ağırdır.

Qeyd edək ki, sabiq icra başçısı iki dəfə Mərkəzi Klinik Xəstəxada ürək əməliyyatı keçirib.

Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.

Sonradan Şəki Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə endirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri