Mar
2022
14:28
32
989
15915
Virtual karabakh

Xarkovda evə raket düşdü: Azərbaycanlı ailə məhv oldu - YENİLƏNİB + VİDEO

5 Mar, 2022
14:28
15915

Xarkovda evə raket düşdü: Azərbaycanlı ailə məhv oldu - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Xarkov şəhərinin 5 kilometrliyində yerləşən Çerkaskiye Tişki kəndinə düşən mərminin partlaması nəticəsində ölən azərbaycanlılarla bağlı rəsmi məlumat yayılıb.

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğundan Oxu.Az-a verilən məlumata görə, əslən azərbaycanlı olan, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qayınanası dünyasını dəyişiblər:

“Onların iki azyaşlı övladları sağ qalıb. Uşaqlar hazırda qohumlarının himayəsi altındadır”.

Bildirilib ki, Ukraynanın Xarkov şəhərində vəziyyət ağır olaraq qalmaqdadır:

“Ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəxri konsulluq həmvətənlərimizə dəstək olmaq məqsədi ilə fəaliyyətini davam etdirir. Bu gün səhər saatlarından etibarən artıq 100 nəfərdən çox həmvətənimiz Xarkov şəhərindən təxliyə edilib. Çerkaskiye Tişki kəndi ətrafında döyüşlərin getməsi əhalinin təxliyəsini mümkünsüz edir. Azərbaycanın fəxri konsulluğu daimi əlaqə saxlayır və uşaqların vəziyyəti ilə maraqlanır. Həmvətənlərimizin təhlükəsiz təxliyəsi üçün işlər davam etdirilir”.

12:58

“Dünən axşam saatlarında Xarkov vilayətinin raket atəşinə tutulması zamanı azərbaycanlı ailə həlak olub”.

Bunu Oxu.Az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının Lvov vilayəti üzrə sədr müavini Mahmud Qurbanov deyib.

O bildirib ki, Xarkov vilayətində olan azərbaycanlı ailənin evinə raket düşüb:

“Həmin azərbaycanlı əslən Lənkərandan olub. Onun Xarkov vilayətində “Ləvəngi” adlı restoranı olub. İlkin məlumata görə, adı Emindir, xanımı və iki övladı ilə birlikdə ölüb. Hadisə baş verən əraziyə rus ordusu nəzarət etdiyindən çətinliklər yaranır. Ona görə də cəsədlərin ərazidən çıxarılmasında problem var”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri