19 
Mar
2022
11:12
321
18
1758
Virtual karabakh

Xarkovdakı sonuncu yaralı azərbaycanlı sürücü təxliyə olunub - FOTO

19 Mar, 2022
11:12
1758

Xarkovdakı sonuncu yaralı azərbaycanlı sürücü təxliyə olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Ukraynada apardığı müharibənin ilk günlərindən Xarkovda yaralanan və təxliyə problemi yaşayan digər azərbaycanlı sürücü də ölkədən çıxarılıb.

İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov “Report”un Şərqi Avropa bürosuna bildirib ki, yaralı sürücü Bayramov Yusif Asif oğlunu Türkiyə vasitəsilə Azərbaycana yola salıblar. Sürücü artıq bu gündən Vətəndədir.

Xatırladaq ki, ötən gün də digər yaralı azərbaycanlı sürücü Tahirov Samir Sürəddin oğlu sürücüsü olduğu şirkət, Atəş Əhmədzadə və Mətləb Nəcəfov tərəfindən Xarkovdan Azərbaycana təxliyə olunub. Bu 2 sürücü ilə yanaşı, digər azərbaycanlı sürücü Əsgərzadə Nadir Qadir oğlu uzun müddət idi Xarkovda təxliyə problemi yaşayırdılar. Xüsüsilə yaralı sürücülər Xarkovda köməksiz qalmışdılar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri