24 
Mar
2022
21:25
13
589
2131
Virtual karabakh

Göyçayda tövlədə inəklər yanıb

24 Mar, 2022
21:25
2131

Göyçayda tövlədə inəklər yanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayonunda yanğın hadisəsi olub.

APA xəbər verir ki, bu gün saat 15:00 radələrində rayonun Şəkər kənd sakini, 1977-ci il təvəllüdlü Salmanov Vaqif Hüseyn oğluna məxsus mal-qara tövləsində yanğın baş verib.

Ümumi sahəsi 36 kvadratmetr olan tövlədə baş verən yanğının söndürülməsi üçün hadisə yerinə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

Hadisə zamanı tövlə, damdakı 500 ədəd ot bağlaması və iki baş iri buynuzlu heyvan yanaraq tələf olub. Alovun yaxınlıqdakı evə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri