26 
Mar
2022
20:07
30
652
4358
Virtual karabakh

Ukrayna polisinin azərbaycanlı zabiti ailəsi ilə birlikdə itkin düşüb - FOTO

26 Mar, 2022
20:07
4358

Ukrayna polisinin azərbaycanlı zabiti ailəsi ilə birlikdə itkin düşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Mariupol şəhərində yaşayan azərbaycanlı Ruslan Musayev artıq 25 gündür ailəsi ilə birlikdə itkin düşüb.

Bu barədə “Report”a R.Musayevin qohumu Sabina Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, Ruslan Musayevlə sonuncu dəfə martin 1-də əlaqə saxlayıblar.

“Ruslan və ailəsi ilə sonuncu dəfə martin 1-də telefonla danışmışıq. Həmin gündən sonra o, həyat yoldaşı Alyona Musayeva və azyaşlı oğlu Dəmir Musayev barədə məlumatımız yoxdur. Ruslan Mariupol şəhərinin Polis İdarəsinin zabitidir. O, polisdəki nümunəvi xidmətinə görə dəfələrlə fərqlənib və mükafatlar alıb”.

S.Abdullayeva qeyd edib ki, R.Musayevin atası Ukrayna polisində çalışıb və hazırda təqaüddədir: “Ruslanın atası Xudat Musayev Berdyansk şəhərindədir. Eyni zamanda Ruslanın bacısı Kristina da hazırda polisdə çalışır. O da bir neçə həftə idi ki, itkin düşmüşdü. Lakin martin 24-də tapıldı”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri