29 
Mar
2022
12:52
345
13
3232
Virtual karabakh

SMA xəstəsi olan balaca Amirin sizin köməyinizə ehtiyacı var - FOTO

29 Mar, 2022
12:52
3232

SMA xəstəsi olan balaca Amirin sizin köməyinizə ehtiyacı var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Spinal muskular atrofiya (SMA) xəstəliyindən əziyyət çəkən körpə Tağıyev Amir Şahmurad oğlunun xeyirxah və imkanlı şəxslərin köməyinə ehtiyacı var.

Oxu.Az xəbər verir ki, Amir Tağıyevin anası Leyla Tağıyeva övladını itirmək istəmədiyini deyir:

“Oğlum Amir Tağıyev 21 aprel 2021-ci ildə Bakı şəhərində anadan olub. Amir ilk övladımızdır.  Övlad sahibi olduğumuza sevinməyə fürsət tapmamış Amirin xəstə olduğu məlum oldu. Martın 17-də Amirə SMA (Spinal muskular atrofiya) diaqnozu qoyulub. Həkimlər deyirlər ki, oğlumun sağalması üçün qısa müddətdə “Zolgensma” iynəsi vurulmalıdır. Əks halda xəstəlik daha da inkişaf edərək onu ölümə apara bilər.

İynənin qiyməti iki milyon dollardan çoxdur. Bu iynəni almaq üçün maddi durumumuz yoxdur. Amirin iki yaşı tamam olana qədər iynə vurulmalıdır, əks təqdirdə heç bir faydası olmayacaq. Bütün müalicələr nəticəsiz qalacaq. SMA xəstəliyindən əziyyət çəkən Tunar balamıza kömək edən xalqım mənim də səsimi eşidər. Bir ana kimi övladımı yaşatmaq üçün mənə kömək edin”.

Ailəyə yardım etmək istəyən şəxslər +99455 921 05 21 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri