12 
Apr
2022
18:36
14
253
4851
Virtual karabakh

Yeddi il əvvəl öldürülən 15 yaşlı qızın yaxınları DANIŞDI: Əfrayıl Səidəyə işgəncə verib? - VİDEO

12 Apr, 2022
18:36
4851

Yeddi il əvvəl öldürülən 15 yaşlı qızın yaxınları DANIŞDI: Əfrayıl Səidəyə işgəncə verib? - VİDEO

Masallıda 7 il əvvəl itkin düşdüyü bilinən 15 yaşlı qızın öldürüldüyü faktı ortaya çıxıb.

APA TV-nin verdiyi məlumata görə, rayonun Təklə kənd sakini, 2000-ci il təvəllüdlü Səidə Fərhad qızı Cəfərova 2015-ci ilin iyul ayında itkin düşüb.

Ötən gün isə yeniyetmənin öldürüldüyü məlum olub. Naməlum şəraitdə baş verən hadisədən təxminən 7 il sonra qızın həmkəndlisi, birlikdə böyüyüb boya-başa çatdığı əmisi oğlu, 1993-cü il təvəllüdlü Əfrayıl Əlisa oğlu Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Mərhumun ailəsinin də əsas şübhələndikləri şəxs Əfrayıl olub.

Mərhumun anası Bibixanım Cəfərova 2015-ci ildə atasının hüzründən qayıtdığı zaman Əfrayılın qızına işğəncə verdiyini gördüyünü deyib. Daha sonra isə qızının qəflətən yoxa çıxdığını vurğulayıb.

Mərhumun bibisi Arifə Rzayeva qısqanclıq zəminində Əfrayılın Səidəyə qapaz vurduğunu deyib:

“Səidə qaçıb qapını bağlayıb. Əfrayıl Səidənin arxasınca gedib və daha sonra qapını bağlayıb. Orada nə baş verdiyini bilmirik. Bir müddət sonra Səidə yoxa çıxıb”.

Hazırda meyitin aşkarlanması istiqamətində işlər aparılır.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri