13 
Apr
2022
10:28
12
162
2237
Virtual karabakh

Valideyn nəzarətindən yayınan üç uşaq xəstəxanalıq oldu

13 Apr, 2022
10:28
2237

Valideyn nəzarətindən yayınan üç uşaq xəstəxanalıq oldu

Azərbaycanda üç uşaq xəstəxanalıq olub. 

Bununla bağlı “Kriminalqafqaz” məlumat yayıb. 

Birinci hadisə Qaxda qeydə alınıb. Belə ki, 2 yaşlı uşaq yuyucu tozdan zəhərlənib. Rayonun Qorağan kəndində baş verən hadisə zamanı 2020-ci təvəllüdlü M.Ə. yuyucu toz yeyib. Vəziyyəti pisləşən uşaq Qax Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda müalicəsi davam etdirilir.

İkinci hadisə Zaqatalada baş verib. Belə ki, rayonun Dağlı kənd sakini, 2017-ci il təvəllüdlü Bayramov Tunar Surac oğlu “Changan” markalı minik avtomobili tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan beş yaşlı Tunar Bayramov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Üçüncü hadisə də Zaqatalada olub. Rayonun Kəpənəkçi kəndində 2009-cu il təvəllüdlü Kərimov Məhəmməd Fərid oğlu yaşadığı evin həyətində oynayarkən, onun sağ əlinin barmağından ilan sancıb.

Məhəmməd Kərimova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub və ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri