14 
Apr
2022
16:42
167
31
1135
Virtual karabakh

Pastor: “İşğaldan azad edilmiş ərazilərdə kilsədə olmaq hissini ifadə edə bilmirəm”

14 Apr, 2022
16:42
1135

Pastor: “İşğaldan azad edilmiş ərazilərdə kilsədə olmaq hissini ifadə edə bilmirəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kilsədə olmaq hissini ifadə etmək mümkün deyil”.

Bunu “Report”a “Alov” xristian dini icmasının pastoru Ramil Abdullayev bildirib.

“Bütün bu ərazilər Azərbaycanın tərkib hissəsidir. Burada olduğuma görə şadam və qürur hissi keçirirəm”, - Abdullayev deyib.

Xatırladaq ki, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Pasxa bayramı münasibətilə ölkənin xristian dini icmaları nümayəndələri Xocavənd rayonunun işğaldan azad olunmuş Hadrut qəsəbəsinə gəliblər.

Səfər iştirakçıları Hadrutda yerləşən bir sıra dini obyektlərdə olub, şəhidlərin ruhuna dualar oxuyublar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri