16 
Apr
2022
16:18
9
153
1436
Virtual karabakh

Şəkidə təbii fəlakətin fəsadları: Qurumlar niyə məsələ ilə maraqlanmır? - VİDEO

16 Apr, 2022
16:18
1436

Şəkidə təbii fəlakətin fəsadları: Qurumlar niyə məsələ ilə maraqlanmır? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə baş verən sürüşmə nəticəsində Lev Tolstoy küçəsində yaşayan Teyyub Məmmədova məxsus evin həyətyanı sahəsinin divarı uçub. Sürüşmə evə də ziyan vurub, daha üç evə təhlükə yaranıb. 

Torpaq sürüşməsi nəticəsində avtomobil yolu da bağlanıb. Həmin vaxt xoşbəxtlikdən ərazidə hər hansı bir avtomobil və ya piyada hərəkət etməyib. 

Ev sahibi Teyyub Məmmədov bildirir ki, həyətyanı sahəsində olan divarda 2012-ci ildə şimal-qərb bölgəsində baş verən zəlzələ nəticəsində çatlar əmələ gəlmişdi. O vaxtdan bu günə kimi hansısa qurum bu hadisə ilə maraqlanmayıb. Qəzalı vəziyyətdə olan evin sahibi bildirir ki, qısa zaman ərzində tədbirlər görülməsə, hər an sürüşmə ola bilər, yağışlı hava isə daha böyük faciəyə səbəb olar.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri