May
2022
17:36
9
147
3629
Virtual karabakh

Bakıda qeyri-adi sosial eksperiment: Saatı beş manat - VİDEO

6 May, 2022
17:36
3629

Bakıda qeyri-adi sosial eksperiment: Saatı beş manat - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elə ki qırmızı işıq yandı, pul qazanmağa çalışan azyaşlı və ya yeniyetmələr əlində bez parçası avtomobillərə yaxınlaşırlar. Sürücülərin onlara pul verəcəyi ümidi ilə şüşələri silməyə başlayırlar. 
Şəhərdə bu mənzərəyə tez-tez rast gəlmək mümkündür. Ehtiyacı olmayan şəxs, yəqin ki, həm həyatını riskə ataraq, həm də avtomobillərin hərəkətinə maneə törədərək, bu işə baş qoşmaz.

Baku TV-nin əməkdaşı sosial eksperiment apararaq bu işi peşəyə çevirənlərin bir neçə saat ərzində nə qədər pul qazandıqlarını öyrənməyə çalışıb.

Kadrlardan görünür ki, sürücülərdən bəziləri elə həmin dəqiqə çıxarıb pulu uzadır, bəziləri isə heç nə olmamış kimi yola davam edirlər. Hətta elə sürücülər də var ki, şüşəni sildiyinə görə adama acıqlanırlar. Bəzilərinin isə onun necə ürəklə işlədiyini gördükdən sonra rəhmi gəlir və çıxarıb pul uzadırlar.

Ətraflı süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri