May
2022
16:01
465
29
4712
Virtual karabakh

Rövşən Əsgərov: “Rusiya dövlətinə heç bir borcum yoxdur” - VİDEO

8 May, 2022
16:01
4712

Rövşən Əsgərov: “Rusiya dövlətinə heç bir borcum yoxdur” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Caliber” analitik layihəsinin müəllifi Heydər Mirzə “Nə? Harada? Nə zaman?” intellektual oyununun iştirakçısı, jurnalist Rövşən Əsgərovdan müsahibə alıb.

Layihənin “YouTube” kanalında müsahibənin ikinci hissəsi yayımlanıb.

Hazırda Bakıda olan Rövşən Əsgərov vaxtilə Ukraynaya, əsasən də onun şərq bölgələrinə çox sayda səfərlər etdiyini, lakin heç zaman Rusiyaya qarşı neqativ münasibətlə rastlaşmadığını bildirib.

İki oğul atası olan soydaşımız Rusiya dövlətinə heç bir borcu olmadığını, öz səyi nəticəsində pul qazandığını və övladlarını böyütdüyünü bildirib.

O, həmçinin Rusiyanın öz milli maraqlarını bəhanə gətirərək Ukraynaya hücum etməsini ağlasığmaz və məntiqsiz adlandırıb.

Məşhur intellektualın fikirləri ilə ətraflı olaraq “Caliber”in yayımladığı müsahibədən tanış ola bilərsiniz:

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri