22 
Yan
2015
15:21
96
26
4086
Virtual karabakh

Azərbaycanın bəzi yerlərində qar yağacaq

22 Yan, 2015
15:21
4086

Azərbaycanın bəzi yerlərində qar yağacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meteoroloji amillər bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a bildirilib ki, şimal küləyi əsəcək. 

Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 6-9 dərəcə isti olacaq.
 
Yanvarın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
 
Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü nisbətən əlverişli olsa da, rütubətliliyin çox olması və buludlu hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri