11 
May
2022
12:42
18
476
7703
Virtual karabakh

DSX giziri intihar etdi - YENİLƏNİB

11 May, 2022
12:42
7703

DSX giziri intihar etdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

10 may 2022-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin  hərbi qulluqçusu, gizir Əlizadə Tərlan Rafiq oğlunun həmin gün xidməti mənzildə özünü asaraq öldürməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq  ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.

Qeyd edilib ki, hazırda Şəmkir Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

11:58

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin Ağstafa rayonu ərazisində yerləşən şöbəsinin həqiqi hərbi xidmət hərbi qulluqçusu, gizir Əlizadə Tərlan Rafiq oğlu yaşadığı xidməti mənzildə intihar edib.

Bu barədə DSX Mətbuat mərkəzi məlumat yayıb.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri