15 
May
2022
20:08
32
552
5454
Virtual karabakh

Bakıda Nizami rayonunda ağacları kəsdilər: ARAŞDIRMA BAŞLANDI - YENİLƏNİB + VİDEO

15 May, 2022
20:08
5454

Bakıda Nizami rayonunda ağacları kəsdilər: ARAŞDIRMA BAŞLANDI - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır.

Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində, Bahar şadlıq sarayının yaxınlığında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov Oxu.Az-a açıqlamasında bildirib ki, əraziyə keçirilən baxış zamanı şam ağacının kəsildiyi müəyyən edilib:

"Hazırda təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə araşdırma aparılır".

Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, sayıqlıq göstərərək Xidmətə məlumat verən ictimaiyyət və media nümayəndələrinə təşəkkürünü bildirib.

14:00

Bakıda ağacları kəsdilər.

Bu barədə Oxu.Az-ın redaksiyasına oxucular tərəfindən məlumat verilib.

Belə ki, paytaxtın Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində, Bahar şadlıq sarayının yanında ağacları kəsirlər. Ağaclar kim tərəfindən və hansı məqsədlə kəsilir bu barədə hələlik dəqiq məlumat yoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktı təstiq edib, məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri