17 
May
2022
13:02
19
239
4468
Virtual karabakh

Əhaliyə XƏBƏRDARLIQ: Maqnit qasırğaları gözlənilir - VİDEO

17 May, 2022
13:02
4468

Əhaliyə XƏBƏRDARLIQ: Maqnit qasırğaları gözlənilir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qasırğa deyəndə ilk olaraq ağlımıza burulğana bənzər dağıdıcı hava kütləsi gəlir. Amma digər bir təbiət hadisəsi var ki, o da qasırğa adlanır və Günəşin fəaliyyəti ilə bağlıdır. 

Məlumata görə, maqnit qasırğaları may ayının ikinci yarısında Yer kürəsini bürüyəcək. 

Fizik Müsavər Musayevin sözlərinə görə, riyazi dəqiqliklə həmin qasırğaların nə vaxt baş verəcəyini, hansı müddətdə davam edəcəyini söyləmək mümkün deyil. 

Həkimlərin fikrincə, maqnit qasırğaları ilk növbədə xüsusi risk qrupuna daxil olan insanlara təsir edir. Ürək-damar və digər xroniki xəstəlikləri olan insanlar özlərini daha çox narahat hiss edir. Belə hallar adətən impulsiv baş ağrıları, halsızlığın artması şəklində özünü göstərir. 

Bəs bu qasırğalardan necə qorunmalıyıq? Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri