19 
May
2022
16:44
15
62
1210
Virtual karabakh

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

19 May, 2022
16:44
1210

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 197 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 348, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 451, üç və daha çox doza vaksin vurduranların sayı 2 170, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 228 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 698 183, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 344 904, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 845 785, üç və daha çox doza vaksin vurduranların sayı 3 263 579, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 243 915 təşkil edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri