20 
May
2022
17:14
175
46
5850
Virtual karabakh

TƏBİB-in tabeliyindəki müəssisələrdə tibbi və qeyri-tibbi personalın vahid geyim forması müəyyənləşib - FOTO

20 May, 2022
17:14
5850

TƏBİB-in tabeliyindəki müəssisələrdə tibbi və qeyri-tibbi personalın vahid geyim forması müəyyənləşib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeli tibb müəssisələrində çalışan tibbi və qeyri-tibbi personal üçün nəzərdə tutulmuş geyim formalarının təqdimatı keçirilib. 

Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, təqdimat mərasimində TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov və struktur bölmə rəhbərləri iştirak edib.

Tədbirdə həkim, cərrah həkimlər, reanimasiya həkimləri, radiologiya həkimləri, həmçinin tibb bacıları, stomatoloqlar, xəstə baxıcıları, orta tibb işçiləri, porter, təcili tibbi yardım personalı üçün geyim dəstləri nümayiş olunub. 

Bundan başqa, xəstə geyim dəsti, uşaq pasiyentlər üçün geyim dəsti və digər qeyri-tibb personalı üçün nəzərdə tutulan geyim nümunələri də təqdim edilib. 

Məlumat üçün qeyd edək ki, geyimlərin hazırlanması zamanı dünya təcrübəsinə istinad edilib.

32 adda olan xüsusi geyimdə ağ, tünd göy, açıq yaşıl, bənövşəyi, firuzəyi, mavi, çəhrayı, sarı, boz rənglərdən, xüsusi elementlərdən və yüksək keyfiyyətli parçadan istifadə olunub. 

Yaxın müddətdə TƏBİB-in tabeli tibb müəssisələrində çalışan  tibbi və qeyri-tibbi personal bu geyimlərdən istifadə edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri