23 
May
2022
17:30
29
288
10255
Virtual karabakh

DYP sürücüləri yenidən pərdəyə görə cərimələyir? - AÇIQLAMA + FOTO

23 May, 2022
17:30
10255

DYP sürücüləri yenidən pərdəyə görə cərimələyir? - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətəndaş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisindən narazıdır. 

Natiq Rzayev adlı şəxs polisin ona pərdəyə görə, 150 manat cərimə yazdığını iddia edib. 

Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, son vaxtlar sürücülər avtomobillərə sərt, elastik çərçivəsi olan pərdələr quraşdırırlar:

“Bu, yolverilməzdir. Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək nəqliyyat vasitələrinin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir, küləyə qarşı qabaq və küləyə qarşı olmayan digər şüşələrə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi isə qadağandır. Vətəndaşın konkret şikayəti varsa, bizə onlayn şəkildə müraciət etsin və məsələ araşdırılsın”.

Qeyd edək ki, DYP-nin yaydığı məlumata görə, ölkəmizdə tətbiq olunan standartın tələbinə əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşələrin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün 75%-dən, küləyə qarşı olmayan digər yan şüşələr üçün isə 70%-dən aşağı olmamalıdır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri