24 
May
2022
09:48
120
8
1494
Virtual karabakh

Azərbaycanda təmizlik idarəsi təmizliyə görə CƏRİMƏLƏNDİ

24 May, 2022
09:48
1494

Azərbaycanda təmizlik idarəsi təmizliyə görə CƏRİMƏLƏNDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsində nöqsan aşkar olunub.

Lent.az xəbər verir ki, idarə əməkdaşları sənaye tullantılarını məhv edərkən ətraf mühitə və ekologiyaya zərər vurublar.

Ona görə də idarə barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün rayon məhkəməsinə göndərilib. İş hakim Çingiz İsgəndərovun icraatına verilib.

Qeyd edək ki, həmin maddə əsasında hüquqi şəxslər 6 500 manatdan 8 000 manatadək cərimələnir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri