24 
May
2022
12:16
59
76
710
Virtual karabakh

Qeyri-islam dini icmaları üçün din xadimlərinin hazırlanması gözlənilir

24 May, 2022
12:16
710

Qeyri-islam dini icmaları üçün din xadimlərinin hazırlanması gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda qeyri-islam dini icmaları üçün din xadimləri hazırlana bilər.

Oxu.Az-ın məlumatına əsasən, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İlahiyyat İnstitutunda yəhudi və xristian icmaları üçün din xadimlərinin yetişdirilməsi nəzərdə tutulur.

“Bu məsələ gündəlikdə var”, - deyə o əlavə edib.

Qeyd edək ki, hazırda qeyri-islam dini icmalarına rəhbərlik edənlər xaricdə təhsil alanlardır.

G.İsmayılov bunun səbəbini izah edib:

“Çünki hazırda Azərbaycanda qeyri-islam dini icmaları üçün din xadimi yetişdirən müəssisə yoxdur. Gələcəkdə isə düşünülür ki, bu məsələ də həll edilsin”.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri