25 
May
2022
11:28
20
57
1114
Virtual karabakh

Anar Bağırov vəkillərin üzləşdiyi çətinliklərdən DANIŞDI

25 May, 2022
11:28
1114

Anar Bağırov vəkillərin üzləşdiyi çətinliklərdən DANIŞDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün vəkillər elektron məktub göndərə bilmirlər. Bu, bizim üçün çox böyük vaxt itkisidir. Çünki məktub yazıb verirlər poçta, prosedur qaydası da vaxt alır”. 

Oxu.Az xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. 

O bildirib ki, bununla bağlı problemin aradan qaldırılması üçün ciddi vəsait tələb edilir:

“Biz öz üzərimizə düşən vəzifələri yerinə yetiririk. Lakin bizim fəaliyyətimizə dövlət qurumları da , cəmiyyət də dəstək olmalıdır. Vəkilliyin gücləndirilməsi birinci növbədə dövlətə lazımdır. Elektron məktub göndərilməsi bizim vaxt qazanmağımız deməkdir. Bununla bağlı mən şəxsən bir sıra aidiyyəti qurumlarla danışıqlar aparıram. Lakin bu tək bizim səlahiyyətlərimiz çərçivəsində deyil”.

“Rayonlarda vəkillərin fəaliyyətinin yaxşılaşdırılması, sayının artırılması üçün tədbirlər görülməlidir. Çünki regionlarda keyfiyyətsiz hüquqi yardım göstəriləndə vətəndaş dövlətdən şikayət etməyə başlayır. Bu kimi halların qarşısının alınması üçün biz mütəmadi problemləri müzakirə edirik, həll yollarını axtarırıq. Başqa məmurlara, şəxslərə etibar edib, söz deyə bilməyən vətəndaşlar olub ki, məni şəxsən görəndə öz problemlərini deyiblər. Mən də bu etimadı doğrultmaq üçün çalışmışam ki, o vətəndaşların problemlərini həll edim. Azərbaycan vəkilliyinin böyüklüyü, ədalətliliyi bundan ibarətdir”, - deyə A.Bağırov qeyd edib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri