26 
May
2022
18:26
18
227
1686
Virtual karabakh

Axşama doğru Bakıda sıxlıq olan küçə və prospektlər - YENİLƏNİB + SİYAHI

26 May, 2022
18:26
1686

Axşama doğru Bakıda sıxlıq olan küçə və prospektlər - YENİLƏNİB + SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Oxu.Az-a bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şossesi - “20 Yanvar” dairəsi istiqamətində;

2. Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti istiqamətində;

3. “20 Yanvar” dairəsi;

4. Abbasqulu ağa Bakıxanov küçəsi;

5. Tbilisi prospekti - Hər iki istiqamətdə;

6. Ziya Bünyadov prospekti - Hər iki istiqamətdə;

7. Abdulvahab Salamzadə küçəsi - Hər iki istiqamətdə;

8. “Qələbə” dairəsi sıxlıq;

9. 28 May küçəsi sıxlıq;

10. İstiqlaliyyət küçəsi - Azərbaycan prospekti ilə kəsişməsində;

11. Ağa Nemətulla küçəsi - “Nəriman Nərimanov” metro stansiyası istiqamətində;

12. Koroğlu Rəhimov küçəsi;

13. Gülarə Qədirbəyova küçəsi;

14. Xətai prospekti - Təhsil Nazirliyinin yanı;

15. Neftçilər prospekti - Kukla Teatrının yanı;

16. Yusif Səfərov küçəsi - “Koroğlu” metro stansiyası istiqamətində.

10:09

Bakıda sıxlıq olan küçə və prospektlərin adları açıqlanıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən xəbərə görə, həmin küçə və prospektlər aşağıdakılardır:

1. Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur;

2. Afiyəddin Cəlilov küçəsində, əsasən Fəzail Bayramov küçəsi ilə kəsişmədən Cavanşir körpüsünün üzəri istiqamətində sıxlıq müşahidə olunur;

3. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq müşahidə olunur;

4. Heydər Əliyev prospekti – əsas və köməkçi yolda, “Koroğlu” metro stansiyası istiqamətindən başlayaraq, əsasən Bağırov körpüsünün aşağı hissəsini keçdikdən sonra şəhər istiqamətində, eyni zamanda Heydər Əliyev Mərkəzi istiqamətində sıxlıq müşahidə olunur;

5. Xaqani küçəsində, Bülbül prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Kövkəb Səfərəliyeva küçəsi istiqamətində sıxlıq müşahidə olunur;

6. Bülbül prospektində, “Sahil” metro stansiyasının qarşısı da daxil olmaqla, Xaqani küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində sıxlıq müşahidə olunur;

7. Şah İsmayıl Xətai prospektinin Əhməd bəy Ağaoğlu küçəsi ilə kəsişməsindən Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyi istiqamətində sıxlıq müşahidə olunur;

8. Koroğlu Rəhimov küçəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur. Sıxlıq əsasən Fətəli xan Xoyski prospekti ilə kəsişmə olan hissədəki yerüstü piyada keçidə qədərdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri