27 
May
2022
15:56
23
661
7598
Virtual karabakh

Ağdamda minaya düşən hərbçinin ayağı amputasiya edildi - YENİLƏNİB + VİDEO

27 May, 2022
15:56
7598

Ağdamda minaya düşən hərbçinin ayağı amputasiya edildi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Ağdamda minaya düşən Daxili Qoşunlarının hərbi qulluqçusunun səhhəti barədə məlumat verib.

Qurumun mətbuat xidmətindən bildirilib ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmət olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb.

O, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib.

Hazırda vəziyyəti stabildir.

14:21

Mayın 27-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, əsgər Ömərov Seyidağa Mirzağa oğlunun həmin gün Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, daxil olan məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.

Hazırda Ağdam Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.

12:20

Ağdamda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, hadisə Çəmənli kəndi ərazisində qeydə alınıb.

Daxili Qoşunların hərbçisi, çavuş Seyidağa Ömərovun minaya düşərək xəsarət aldığı bildirilir. O, hospitala yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiq ediblər. Bildirilib ki, hərbi qulluqçu hospitala yerləşdirilib, müalicəsi davam etdirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri