27 
May
2022
14:14
102
14
2489
Virtual karabakh

Opera və Balet Teatrının binasının damında iki yeni günbəz quraşdırıldı - FOTO

27 May, 2022
14:14
2489

Opera və Balet Teatrının binasının damında iki yeni günbəz quraşdırıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Opera və Balet Teatrının binasının damında XIX əsrin sonlarına aid orijinal cizgilər üzrə hazırlanmış iki yeni günbəz quraşdırılıb.

Bu barədə memar Elçin Əliyev məlumat paylaşıb.

O bildirib ki, günbəzlər bir neçə ildən sonra bakılılara tanış olan tünd-yaşıl rəng alacaq mis təbəqələrlə örtülüb:

“Tarixi binada bərpa işləri davam edir: fasadlar bərpa olunur, dam örtüyü tamamilə təmir olunub, taxta pəncərə və qapılar dəyişdirilir. Teatr mövsümü başa çatdıqdan sonra isə binanın interyerlərində işlərə başlanılacaq. Gələn il işlər tam yekunlaşacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri