29 
May
2022
22:20
418
86
6341
Virtual karabakh

Paytaxtın mərkəzi küçələrini klassik avtomobillər bəzəyib: Yürüş və sərgi keçirilib - YENİLƏNİB + FOTO

29 May, 2022
22:20
6341

Paytaxtın mərkəzi küçələrini klassik avtomobillər bəzəyib: Yürüş və sərgi keçirilib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 29-da növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisini təşkil edib.

Bakı Şəhər İcra Hakimiyyətinin və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.

1982-ci ilədək istehsal olunmuş 150-dən çox klassik avtomobil paytaxtın mərkəzi küçələri boyu hərəkət edib. Onların arasında yürüş üçün qeydiyyatdan keçmiş şəxsi nəqliyyat vasitələri, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələri yer alıb.

Yürüşdə iştirak edən ən qədim avtomobil 1930-cu ildə istehsal edilən "Ford Model A", ən yeniləri isə 1982-ci ilə aid olanlardır.

Yürüşün marşrutu Heydər Əliyev Mərkəzinin qarşısı, Koroğlu Rəhimov küçəsi, Bakı metropoliteninin “Gənclik” stansiyasının yanı, Dədə Qorqud parkı, Vaqif prospekti-Zorge parkı, Səməd Vurğun küçəsi, Bakıxanov küçəsi-İnşaatçılar prospekti, Hüseyn Cavid prospekti, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi, Nəriman Nərimanov heykəlinin yanı, Mərkəzi Park, Mirzağa Əliyev, Qış Parkı, Heydər Əliyev Sarayı, Rəşid Behbudov küçəsi, Ceyhun Hacıbəyli küçəsi, Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi-Gülarə Qədirbəyova küçəsi, Heydər Əliyev Mərkəzinin qarşısı olub.

Paytaxt sakinləri və qonaqların diqqətini cəlb edən yürüş Bakı küçələrində nostalji hisslər yaradıb. Yürüşün sonunda klassik avtomobillərin sərgisi olub. Tədbirdə klassik avtomobil sahibləri və avtomobil həvəskarları iştirak ediblər.

Yürüşdən sonra müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirilib. “Ən qədim avtomobil” nominasiyasında mükafat 1939-cu ilin “Steyr 220” avtomobilinin sahibi Azər Abbasova təqdim olunub. “Məşhurların seçimi” nominasiyasında qalib 1942-ci ildə istehsal edilən “Horch” minik klassik avtomobilinin sahibi Eduard Qurbanov olub.

“Ən rəngarəng retro geyim” nominasiyasında 1-ci yerin sahibi Emiliya Yaqubova, 2-ci yerin sahibi Toğrul Salimov, 3-cü yerin sahibi isə Aslan Səlimov olublar.

“Ən qeyri-adi retro geyim tərzi” üzrə mükafata Nigar Camal layiq görülüb.

Qaliblərə müxtəlif hədiyyələr və pul mükafatları təqdim edilib.

Bu günü daha yaddaqalan etmək üçün tədbir iştirakçıları və qonaqlara maraqlı əyləncə proqramı da təqdim olunub.

Sonda tədbir konsert proqramı ilə yekunlaşıb.

13:51

Azərbaycan Avtomobil Federasiyası (AAF) Bakı Şəhər İcra Hakimiyyətinin və Regional İnkişaf İctimai Birliyinin təşkilati dəstəyi ilə mayın 29-da klassik avtomobillərin yürüşü keçirilib.

Yürüşdə iştirakçılar və tamaçılar arasında müsabiqələr keçirilib və qaliblər AAF tərəfindən mükafatlandırılıb.

İştirakçılar və tamaşaçılar arasında qaliblər “Ən unikal avtomobil”, “Ən nizamlı sürücü”, “Ən rəngarəng retro geyim” və digər nominasiyalar üzrə müəyyənləşib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri