İyn
2022
09:06
14
143
1820
Virtual karabakh

Bakı yollarında 16 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə edilir - SİYAHI

2 İyn, 2022
09:06
1820

Bakı yollarında 16 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə edilir - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər;

2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından “20 Yanvar” dairəsinə qədər - əsas və kənar yol;

3. Binəqədi şosesində - mərkəz - “Azadlıq prospekti” metro stansiyası istiqamətində Biləcəri-Baksol yolu ilə kəsişməyədək;

4. Rövşən Mustafayev küçəsində - “20 Yanvar" dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində;

5. Tbilisi prospektində - “20 Yanvar” dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində;

6. Ziya Bünyadov prospektində - Olimpiya stadionunun yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində;

7. Abdulvahab Salamzadə küçəsində - “Qələbə” dairəsindən başlayaraq Ziya Bünyadov prospekti ilə kəsişməyə qədər;

8. Həsən bəy Zərdabi prospekti – Məhəmməd Xiyabani küçəsi ilə kəsişmədən “20 Yanvar” dairəsinə qədər;

9. Aeroport şosesi – Yeni Ramana yolu ilə kəsişən hissədən mərkəz istiqamətində Heydər Əliyev prospekti ilə kəsişməyədək;

10. Heydər Əliyev prospektində - “Koroğlu” metro stansiyasının qarşısından 5 saylı “ASAN Xidmət” mərkəzinin qarşısına qədər əsas yolda və Bağırov körpüsündən Heydər Əliyev Mərkəzinin yanına qədər kənar yolda;

11. Xətai prospekti – Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər;

12. Yusif Səfərov küçəsində - Xocalı prospekti ilə kəsişməsindən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində;

13. Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsünün üstü;

14. Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Mərkəzi Bankın qarşısına qədər;

15. 28 May küçəsi – Zorge küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək;

16. Dilarə Əliyeva küçəsi - Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri