İyn
2022
18:50
30
254
2093
Virtual karabakh

Moskva məhkəməsi Rövşən Əsgərovun şikayətini rədd etdi

8 İyn, 2022
18:50
2093

Moskva məhkəməsi Rövşən Əsgərovun şikayətini rədd etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çərşənbə günü Moskva Şəhər Məhkəməsi “Nə? Harada? Nə zaman?” oyun şousunun iştirakçısı Rövşən Əsgərov barədə nasizmin reabilitasiyası ittihamı üzrə seçilmiş qiyabi həbs qərarını qüvvədə saxlayıb.

Bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

“Məhkəmə Əsgərov barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müdafiə tərəfinin apellyasiya şikayətini təmin etməyib. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilib”, - məlumatda bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl məhkəmə həmyerlimiz barəsinə istintaqın vəsatətini təmin edib və Əsgərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü bəndi üzrə (KİV və ya İnternetdən istifadə edərək nasizmin reabilitasiyası) tutulduğu və ya ekstradisiya edildiyi andan iki ay müddətinə qiyabi həbs şəklində həbs-qətimkan tədbirini təsdiqləyib.

Xatırladaq ki, Rövşən Sovet İttifaqı Marşalı Georgi Jukov barəsində məlum tarixi faktlarla bağlı sosial şəbəkədə paylaşım edib. Rusiya tərəfi isə bunu “Marşalının xatirəsini təhqir edən yalan məlumatların qəsdən dərc edilməsi” kimi qiymətləndirib. İndi ölkə qanunvericilinə əsasən, Əsgərovu 5 ilədək həbs gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri