İyn
2022
21:01
133
311
5029
Virtual karabakh

Qala divarları üzərində sevgi etirafı yazan şəxs SAXLANILDI - YENİLƏNİB + FOTO

9 İyn, 2022
21:01
5029

Qala divarları üzərində sevgi etirafı yazan şəxs SAXLANILDI - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, İçərişəhər Qala divarlarına müxtəlif yazılar yazılmaqla tarixi abidə korlanmaya məruz qalıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Zeyni Hüseynov “Qafqazinfo”ya bildirib ki, divarlara müxtəlif yazılar yazaraq tarixi abidəni korlayan şəxsin kimliyi müəyyən edilib:

“Səbail Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə Qala divarını yazaraq korlayan şəxsin kimliyi müəyyən edilərək saxlanılıb.

Məlum olub ki, əməli törədən şəxs 26 yaşlı Bakı şəhər sakini S.Qurbanzadədir. Hazırda Polis İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət verilməsi təmin ediləcək”.

12:24

“İçərişəhər”də vandalizm nümunələri hiddət doğurub.   

Bu barədə memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev sosial şəbəkələrdə paylaşım edib.

Belə ki, divarda maşın nömrələri, adların baş hərfləri yazılıb:

“İnsan nə qədər eybəcər biri olmalıdır ki, bizim üçün müqəddəs bir yerin üzərində bunu yazsın?! Xahiş edərdim, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həmin şəxslər tapılsın və mütləq məsuliyyətə cəlb edilsinlər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri