İyn
2022
20:07
10
169
1071
Virtual karabakh

Siyəzəndə ev yanıb, xəsarət alanlar var

9 İyn, 2022
20:07
1071

Siyəzəndə ev yanıb, xəsarət alanlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Siyəzəndə yaşayış evi yanıb.

“Report” xəbər verir ki, yanğın H.Talıbov küçəsində çoxmərtəbəli yaşayış evində qeydə alınıb.

Yanğın zamanı şəhər sakinləri 1957-ci il təvəllüdlü Mədinə Əlirza qızı Yəhyayeva və 2004-cü il təvəllüdlü Röya İltimas qızı Yəhyayeva yanıq xəsarətləri alıblar.

Hər iki yaralı Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.

Yaralılara yuxarı ətrafın “A-B” dərəcəli texniki yanığı diaqnozu qoyulub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri