15 
İyn
2022
23:03
20
228
3071
Virtual karabakh

Daşkəsənə yağan güclü yağışdan sonra Xoşbulaq kəndinə sel gəlib - FOTO

15 İyn, 2022
23:03
3071

Daşkəsənə yağan güclü yağışdan sonra Xoşbulaq kəndinə sel gəlib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşkəsəndə günorta saatlarında yağan güclü leysan yağışdan sonra Xoşbulaq kəndinə sel gəlib.

Kənd icra nümayəndəsi Kazım Kamalovun “Report”un Qərb bürosuna bildirib ki, sel suları səbəbindən kənd yolunda avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb.

Onun sözlərinə görə, təbii fəlakət evlərə və təsərrüfata, həmçinin selin keçdiyi əraziyə yaxın idman kompleksinə də zərər vurmayıb.

Qeyd edək ki, bu gün Daşkəsən, Göygöl, Gədəbəy və Kəlbəcər rayonuna güclü yağış yağıb, dolu düşüb. Bəzi kəndlərdə dolu kənd təsərrüfatına və meyvə ağaclarına zərər vurub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri