17 
İyn
2022
10:30
157
10
1049
Virtual karabakh

Yeddi yaşlı Ayxan yaşıdları kimi gəzmək, oyunlar oynamaq istəyir - FOTO

17 İyn, 2022
10:30
1049

Yeddi yaşlı Ayxan yaşıdları kimi gəzmək, oyunlar oynamaq istəyir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2015-ci il təvəllüdlü Mustafayev Ayxan serebral iflicdən əziyyət çəkir.

Oxu.Az xəbər verir ki, bu barədə onun anası Mustafayeva Aygün məlumat verib.

O qeyd edib ki, övladı beyinə qansızma ilə vaxtından əvvəl doğulub:

“Onda iflicin tetraparez (dördtərəfli) formasıdır. Ayxan doğulandan onun müalicəsini öz gücümüzə aparmışıq. Lakin artıq çətinlik çəkirik. Övladım müalicə almalı, dərmanlar qəbul etməlidir. Maddi olaraq tükəndiyimiz üçün artıq onun müalicəsini aparmaq da bizim üçün çətinləşib. Bizə lazım olan doqquz kurs müalicədən ikisi artıq bitib. Qabaqda bizi yeddi kurs müalicə gözləyir. Müalicənin qiyməti isə təxminən 8500 manat olacaq. Yardımsevər insanlardan xahiş edirəm, övladımın ayağa qalxması, yaşıdları kimi gəzməsi, oyunlar oynaması üçün bizə dəstək olsunlar. Ayxanın hər birinizdən gələcək bir manata belə, ehtiyacı var”. 

Ayxanın ayağa qalxması üçün yardımınızı əsirgəməyin. Onun bizim dəstəyimizə ehtiyacı var.

Ailənin əlaqə nömrəsi: 050 631 77 49 (anası)

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri