23 
İyn
2022
11:54
9
119
1446
Virtual karabakh

Maşın ağaca çırpıldı: Yaralılar var

23 İyn, 2022
11:54
1446

Maşın ağaca çırpıldı: Yaralılar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə ötən gecə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2111 markalı maşın yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə rayonun Qaraxıdır kənd sakinləri - sürücü, 1968-ci il təvəllüdlü Fərman Abdullayev və sərnişini, 2010-cu il təvəllüdlü Əlvan Abdullayev xəsarət alıblar. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri