25 
İyn
2022
11:46
32
94
3798
Virtual karabakh

Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI + VİDEO

25 İyn, 2022
11:46
3798

Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli “Report” bildirib ki, sabah, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq.

“Bununla əlaqədar olaraq Heydər Əliyev sarayı - Bülbül prospekti - “Nizami” Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi; Şəhidlər xiyabanı - Alov qüllələri - “İçərişəhər” metrosu - Qala qapısı - Kukla Teatrı - AzNeft dairəsi - Bəhram Gur heykəli; Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı; Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev sarayı - Səməd Vurğun küçəsi - Neftçilər prospekti; Nərimanov heykəli - Mərkəzi park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Milli Bank istiqamətlərində şəxsi minik maşınlardan istifadə etmək tövsiyə olunmur. Bu, tədbirin yüksək səviyyədə keçirilməsi üçün vacibdir”, - o vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri