28 
İyn
2022
13:01
224
7
2276
Virtual karabakh

Barat Şəkinskayanın doğum günüdür

28 İyn, 2022
13:01
2276

Barat Şəkinskayanın doğum günüdür

Bu gün Xalq artisti Barat Şəkinskayanın dünyaya göz açdığı gündür.

1914-cü il iyunun 28-də Şuşada bəyzadə ailəsində anadan olan Barat xanım sənətə gəldiyi ilk dövrlərdə uşaq, hətta oğlan rollarında da çıxış edib. Yaradıcılığının əsas dövrü 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrı ilə bağlı olub. Barat Şəkinskaya həm də Azərbaycanın ilk travisti - oğlan rolları oynayan aktrisası olub.

O, 1937-ci il yanvarın 14-də milli teatr tariximizə “Azərbaycan səhnəsinin Cülyettası” kimi şərəfli əbədiyyət səhifəsi yazıb. Onun Gəncə teatrında “Kostya”, Bakıda 1939-cu ildə oynadığı “Napoleon” obrazları yüksək bədii-estetik məziyyətləri ilə Azərbaycan teatrı tarixinə yazılıb.

“Görüş”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Kölgələr sürünür”, “Qəribə əhvalat”, “Telefonçu qız”, “Azəri teatrının ustaları”, “Evin kişisi”, “Onun bəlalı sevgisi”, “Üzeyir ömrü” filmlərində Barat xanımın oynadığı rollar film tariximizin qiymətli incilərindəndir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri