30 
İyn
2022
13:36
143
64
2821
Virtual karabakh

Kərimin qadınlarla bağlı fikirlərinə görə MTV-yə XƏBƏRDARLIQ

30 İyn, 2022
13:36
2821

Kərimin qadınlarla bağlı fikirlərinə görə MTV-yə XƏBƏRDARLIQ

Azərbaycan Respublikası Audiovizual Şurasının yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar iclası keçirilib.

Bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, iclasda MTV televiziya kanalının efirində 25 iyun 2022-ci il tarixdə saat 12:00–13:00 arası yayımlanan “MTV maqazin” proqramında “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) tələbinin pozulması faktı müzakirə olunub.

Belə ki, qeyd olunan proqramın yayımı zamanı (saat 12:44-də) müsahibə alınan müğənni tərəfindən “Ailəni dağıtdın e. Bax, o, kişidir. Yenə də gedib ikinci dəfə evlənəcək. Ay yazıq qadın, bəs sən nə edəcəksən? Bax, uşaqla da qalacaqsan evin bir küncündə. İkinci dəfə ərə gedəcəksən. O ya çata, ya bata. Uşaqla kimdir səni alan? Oturacaqsan evdə tək? Boşananlar var ha (qadınlar nəzərdə tutulur), 99 faizi hamısı peşmandır. Nəyə görə? Oturub evdə, ailə yox, bir uşaqla, ərə gedə bilmir, saxlayanı yoxdur. Nə xanım kimi xanımdır, nə nökər kimi nökərdir...” ifadələri səsləndirilib.

Efirdən bu cür ifadələrin səsləndirilməsinə yayımçı tərəfindən imkan yaradılması Azərbaycan Respublikasında gender bərabərliyi və bu kontekstdə insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən fəaliyyətə kölgə salmaqla yanaşı, cəmiyyətdə baş verən boşanma və ailə dağılması prosesində zərərçəkən tərəf kimi yalnız qadının göstərilməsi, onun “yazıq” simasının yaradılması cinsi ayrı-seçkiliyin təbliği hesab olunur və bununla da “Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələbi pozulur.

Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası “Muz TV Azərbaycan” peyk yayımı həyata keçirən platforma yayımçısına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, göstərilən ifadələr müğənni Kərim Abbasov tərəfindən səsləndirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri