İyl
2022
23:21
15
428
3048
Virtual karabakh

Xaçmazda dənizdə batan 23 yaşlı gəncin meyiti tapılıb - YENİLƏNİB

1 İyl, 2022
23:21
3048

Xaçmazda dənizdə batan 23 yaşlı gəncin meyiti tapılıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb.

“Report” xəbər verir ki, Niyazoba kəndində dənizdə batan 1999-cu il təvəllüdlü Aydəmirov Famil Habil oğlunun meyiti rayon ərazisindəki çimərlikdən tapılıb.

F.Aydəmirovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisənin səbəbi araşdırılır.

19:34

Xaçmazda 23 yaşlı gənc dənizdə batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Niyazoba kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1999-cu il təvəllüdlü Aydəmirov Famil Habil oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri