İyl
2022
16:11
103
28
1068
Virtual karabakh

Anar Bağırov: “Cinayət-Prosessual Məcəlləsində müəyyən boşluqlar var”

2 İyl, 2022
16:11
1068

Anar Bağırov: “Cinayət-Prosessual Məcəlləsində müəyyən boşluqlar var”

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən boşluqlar var”.

Bunu “Report”a açıqlamasında Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində hər kəsin həbs edildiyi, cinayətdə ittiham olunduğu andan hüquqi yardım almaq hüququ müəyyənləşib:

“Boşluqlar vəkilin öz müştərisi ilə görüşməsində müəyyən əngəllər yaradır. Bununla bağlı tərəfimizdən təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub. Təkliflərimiz ondan ibarətdir ki, vəkillər öz müvəkkilləri ilə heç bir məhdudiyyət, maneə, icazə tələb olunmadan dərhal görüşə bilsinlər. Bu beynəlxalq hüquqda qəbul olunan prinsipdir”.

A.Bağırov bildirib ki, vəkillərin çox hallarda məhkəmə proseslərində qaldırdıqları vəsatətlər hakimlər tərəfindən əsassız olaraq təmin edilmir:

“Bu məsələ Vəkillər Kollegiyasının və Məhkəmə Hüquq-Şurasının diqqət mərkəzindədir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri