İyl
2022
16:00
5
110
1358
Virtual karabakh

Bakının Qaradağ rayonunda qaz kəsiləcək

4 İyl, 2022
16:00
1358

Bakının Qaradağ rayonunda qaz kəsiləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Bakının Qaradağ rayonunun bir hissəsinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Duvannı-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 6-7-ci km-lər və 9-10-cu km-lər arası hissələrinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar iyulun 5-i saat 08:00-dan işlər başa çatana qədər “Səngəçal”, “Sement zavod” Qaz Paylayıcı Stansiyalarından (QPS) və magistral qaz kəmərindən qidalanan “Gips zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Sahil, Səngəçal, Umbakı, Əzimkənd qəsəbələrinin, Yol evləri, Bağ evləri və Stansiya Qaradağ ətrafı yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri